Hacıqabulda vəzifəli şəxs faciəvi şəkildə öldü

23-10-2019, 10:49           
Hacıqabulda vəzifəli şəxs faciəvi şəkildə öldü
Hacıqabulda ötən gecə yük avtomobili ilə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu DAF markalı, 20 DN 720 dövlət nömrə nişanlı yük avtomobili ilə sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.

Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kəndi üzrə İcra Nümayəndəsi vəzifəsində çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.