Eynək satan kişi sevdiyi qadını öldürdü - Sumqayıtda qətl

23-10-2019, 10:52           
Eynək satan kişi sevdiyi qadını öldürdü - Sumqayıtda qətl
Sumqayıtda qeyri-rəsmi nikahda olduğu qadını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Seymur Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu il mayın 3-də Sumqayıt şəhəri, Nərimanov küçəsi, Mərkəzi bazar ərazisindəki eynək satılan dükanların birində Seymur Abdullayev qeyri-rəsmi yaşadığı Gülnar Əmənova ilə şəxsi münasibətlər zəminində mübahisə edib. O, Gülnar Əmənovaya bıçaqla çoxsaylı zərbələr endirib.

Gülnar Əmənova xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da, hadisədən 11 gün sonra dünyasını dəyişib.

İstintaq orqanı tərəfindən Seymur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru