Bakıda daha bir TİKİNTİ FACİƏSİ: 23 yaşlı fəhlə bu səbəbdən öldü

23-10-2019, 11:12           
Bakıda daha bir TİKİNTİ FACİƏSİ: 23 yaşlı fəhlə bu səbəbdən öldü
Neyrocərrahiyyə xəstəxanasında ölüm hadisəsi baş verib.

Teref.az lent.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən rayon prokurorluğuna bildirilib.

Məlumatda göstərilir ki, oktyabrın 15-də Xətai rayonu, M.Mehdizadə küçəsində yıxılaraq kəllə-beyin travması ilə Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilən 1996-cı il təvəllüdlü Cəfərov Nahid Habil oğlu oktyabrın 22-də həmin xəstəxanada ölüb.

Aparılan ilkin araşdırma zamanı onun Xətai rayonu Telnov küçəsində birmərtəbəli tikiliyə dam örtüyü vurarkən yıxıldığı sübut olunub.

Hazırda faktla əlaqədar araşdırma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru