Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü
20-11-2019, 11:14
Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb.
Teref.az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Məlumata görə, Masallı rayon sakini, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi it dişləyib.
Uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.