Bakıda dəhşət: Toya gedən gənclər qəzada öldü - Video
30-11-2019, 01:08
Bu gün Binəqədi rayonunda ağır qəza hadisəsi baş verib.
Axar.az xəbər verir ki, “Xəzər” (Khazar) markalı avtomobil Bakı şəhərinin Binəqədi rayonunda yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə 1993-cü il təvəllüdlü sürücü Ağarza Eldar oğlu Ağayev və sərnişin Rəşad Həsənov hadisə yerindəcə dünyasını dəyişiblər.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ağarza və Rəşad sinif yoldaşıdırlar və bu gün digər sinif yoldaşlarının toy mərasiminə gedirlərmiş.