İraqda silsilə terror - azı 16 yaralı

26-12-2019, 01:53           
İraqda silsilə terror - azı 16 yaralı
Ötən gün İraqda beş partlayışdan ibarət silsilə terror aktları həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, terror aktları nəticəsində azı 16 nəfər yaralanıb.

İlk terror aktı paytaxt Bağdadın şərqində yerləşən Sədr şəhərində baş verib. Belə ki, naməlum şəxslər üzərində partlayıcı qurğular olan motosikletləri klinika və futbol meydançasının yanında işə salıblar. Nəticədə 8 nəfər xəsarət alıb. Onlardan biri qadındır. Üç yaralı ağır vəziyyətdə xəstəxanaya göndərilib.

Bağdadın şərq və qərb hissəsindəki Əl-Amin və Əl-Maalef məhəllələrində isə iki partlayıcı qurğunun işə düşməsi nəticəsində beş nəfər yaralanıb.

Digər partlayıcı qurğu paytaxtın şimalındakı Əl Şaab bölgəsində, bazarın yaxınlığında partladılıb. Nəticədə dörd mülki şəxs yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru