Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövət Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 80 552 nəfərə çatıb. 3 042 insan ölüb. Ümumilikdə 53,7 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.