Azərbaycanda daha bir ağır yol qəzası - 3 nəfər faciəvi şəkildə öldü

6-03-2020, 10:40           
Azərbaycanda daha bir ağır yol qəzası - 3 nəfər faciəvi şəkildə öldü
Siyəzən rayonunda “КамАЗ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.

Teref.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru