Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı

6-03-2020, 11:46           
Bir ailənin iki gəlini bir-birinə qoşulub Bakıya qaçdı
Cəlilabad rayonunun Təzəkənd kəndində bir ailənin iki gəlini yoxa çıxıb.
Teref.az bildirir ki, bu barədə onların ailə üzvləri polisə müraciət ediblər. Gəlinlərin qayınatası və ərlərinin izahatı alınıb. Hazırda onların axtarışı davam etdirilir.

Məlumata görə, hadisə ailənin başına artıq ikinci dəfədir gəlir. Belə ki, bir müddət öncə də xanımlar ailəyə xəbər vermədən birlikdə Bakıya gəliblər. Bir neçə gün sonra ərləri tərəfindən tapılaraq evlərinə aparılıb. //qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru