“Brent” markalı neftin qiyməti yenidən ucuzlaşdı

28-04-2020, 07:26           
“Brent” markalı neftin qiyməti yenidən ucuzlaşdı
Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 06:29-a olan məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin bir barel üçün qiyməti 18,96 ABŞ dollarına qədər azalıb.

Belə ki, bu markalı neft 5,15 faiz ucuzlaşıb.

Nyu-York birjasında WTI markalı neftin bir barelinin qiyməti isə 15,02% azalaraq 10,86 ABŞ dolları təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.