Mədəniyyət Nazirliyinin daha bir yüksək vəzifəli məmuru tutuldu
8-05-2020, 17:45
Daha əvvəl xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti bu gün Mədəniyyət Nazirliyində əməliyyat-istintaq tədbirləri keçirib.
Virtualaz.org-un hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, nazirliyin Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da saxlanılıb.
Məlumatda saxlanılanların evlərində axtarışların aparıldığı da bildirilir.