Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov vəzifədən azad olunub. Pravda.az-ın xəbərinə görə, M.Salmanov vəzifəsindən öz xahişi ilə azad olunub. Bildirilib ki, İnstitutun direktoru vəzifəsinin icrası elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradova həvalə edilib.
Bu haqda qərarlar AMEA Rəyasət Heyətinin 8 may 2020-ci il tarixli onlayn iclasında qəbul olunub.