Metronun pik saatlarda necə və hansı intervalla işləyəcəyi AÇIQLANDI

8-05-2020, 19:20           
Metronun pik saatlarda necə və hansı intervalla işləyəcəyi AÇIQLANDI
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) metronun pik saatlarda işləmə qrafiki ilə bağlı məsələlərə münasibət bildirib.

Teref.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə qurumun sədr müavini Hidayət Məmmədov bildirib ki, adi iş günlərində 30 qatar cütündən, digər günlərdə isə 24 qatar cütündən istifadə olunacaq:

“Maksimal sayda qatar cütündən istifadə olunur ki, sıxlıq olmasın. Sıxlığın olmaması üçün ən optimal variant seçilib”.

O, qatarların hərəkətində interval məsələsinə də aydınlıq gətirib. Onun dediyinə görə qatarların hərəkətində interval iki dəqiqə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru