190 manat alanlara ŞAD XƏBƏR – Sabahdan mayın ödənişi başlayır

11-05-2020, 14:38           
190 manat alanlara ŞAD XƏBƏR –
Mayın 12-dən etibarən aprel ayı üçün nəzərdə tutulan 190 manatlıq ödənişlərin verilməsinə başlanacaq.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

S.Babayev həmçinin qeyd edib ki, koronavirus iqtisadiyyata mənfi təsir göstərsə də, sosial layihələr tam olaraq, icra ediləcək.

Nazir onu da əlavə edib ki, may ayının ödənişləri verilməmişdən qabaq aprel ayında birdəfəlik ödəmə statusu alan hər bir şəxsin məlumatları yenidən analiz ediləcək. Əgər qaydalardan kənar hər hansı bir hallar aşkar edilərsə may ayının ödənişi həmin şəxslərə ödənilməyəcək.

S.Babayev bildirib ki, aprel ayının ödənişini alan şəxs 1 ayın tamamından sonra may ayının ödənişini alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru