İmişlidə ova gedən iki nəfər güllələndi

11-05-2020, 16:34           
İmişlidə ova gedən iki nəfər güllələndi
Mayın 8-də İmişli rayonunun Qulubəyli kəndi ərazisindən keçən Mil-Muğan kanalında Gövhərli kənd sakini K.Kərimovun və Qaradonlu kənd sakini E.Cəfərovun qayıqla balıq tutarkən bir nəfərin ov tüfəngindən açdığı atəşdən yüngül qırma xəsarətləri almaları barədə İmişli RPŞ-yə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Həmidov saxlanılıb və ondan cinayəti törədərkən istifadə etdiyi “MC-2112” markalı ov tüfəngi götürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.