Tehranda partlayış olub, ölənlər və xəsarət alanlar var
24-06-2020, 00:01
İranın paytaxtı Tehranda qaz balonu doldurma məntəqəsində partlayış baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, partlayış Tehranın Xorasan meydanı yaxınlığında qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, bir neçə partlayış səsi eşidilib və güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı bildirilir.