Azərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu

24-06-2020, 08:58           
Azərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu
Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcədə də atası və qardaşı koronavirusa yoluxub.

Teref.az xəbər verir ki, bu haqda Hurriyyet.org məlumat yayıb. Xəbərə görə, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.

Hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.