Videodakı qadınlar poçt işçiləri imiş - DİN-dən açıqlama

26-06-2020, 22:43           
Videodakı qadınlar poçt işçiləri imiş - DİN-dən açıqlama
Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

O da müəyyən edilmişdir ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılmışdır. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd etmişlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru