Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən su kanalında kişi meyiti tapılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, su kanalında tapılan meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.
Hazırda mərhumun şəxsiyyətinin müəyyən olunması istiqamətində işlər görülür.