Masallıda maskalı şəxslər mənzilə basqın edərək ev sahibinə xəsarət yetiriblər

30-06-2020, 09:33           
Masallıda maskalı şəxslər mənzilə basqın edərək ev sahibinə xəsarət yetiriblər
Masallıda maskalı şəxslər mənzilə basqın edib.

APA-nın məlumatına görə, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gün 03 radələrində yaşadığı evə maskada 3 nəfərin daxil olduğunu bildirib. Maskalı şəxslər ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru