“Brent” neftinin qiyməti 43 dolları ötüb

3-07-2020, 00:09           
“Brent” neftinin qiyməti 43 dolları ötüb
ABŞ-da neft ehtiyatlarının azalması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşıb.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:25-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent” markalı neftin sentyabr fyuçerslərinin bir barelinin qiyməti 2,59% artaraq 43,12 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,03% artaraq 40,63 ABŞ dolları olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru