İsmayıllıda 25 yaşlı gənc intihar etdi

3-07-2020, 00:01           
İsmayıllıda 25 yaşlı gənc intihar etdi
İsmayıllı rayonunda intihar hadisəsi baş verib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini 25 yaşlı İsmayılov Elşad Səfəralı oğlu yaşadığı evin həyətində özünü asıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

Qeyd edək ki, Elşad İsmayılov ailəlidir, 3 azyaşlı uşağı var.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru