Ermənistanla sərhəddə atışma: erməni əsgər yaralandı

30-07-2020, 00:02           
Ermənistanla sərhəddə atışma: erməni əsgər yaralandı
Ermənistanın Tavuş bölgəsində müqaviləli hərbi qulluqçu silahla yaralanıb.

Bu barədə Nerkin Karmragbyur kənd administrasiyasının rəhbəri Levon Arakelyan məlumat verib.

Arakelyanın sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin yaralı əsgəri 39 yaşlı Manvel Karamanyandır.

"Hadisə gecə baş verib, bir əsgər ayağından yaralanıb. Hazırda o Berd xəstəxanasının əməliyyat otağındadır. Hələlik yaranın şiddəti haqqında söz demək tezdir", - kənd administrasiyasının rəhbəri deyib. /Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru