Trampın vəkili mətbuat konfransında biabır oldu - VİDEO

20-11-2020, 09:35           
Trampın vəkili mətbuat konfransında biabır oldu - VİDEO
ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culiani seçki nəticələrinə həsr olunmuş mətbuat konfransında diqqət mərkəzinə düşüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

D.Trampın vəkili seçkidə böyük saxtakarlıqların edilməsi barədə sübutlarının olduğunu açıqladığı mətbuat konfransında siyasi proseslərdən kənar amillə yadda qalıb.

Belə ki, konfrans zamanı tərləyən vəkilin saçlarındakı boya axmağa başlayıb. Həmin anlar canlı yayımlanan konfransı işıqlandıran jurnalistlərin də diqqətindən yayınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru