"SOCAR Trading" Çin, Hindistan və Afrika bazarlarını öyrənir

28-01-2016, 15:59           
"SOCAR Trading" Çin, Hindistan və Afrika bazarlarını öyrənir

"SOCAR Trading SA" şirkəti üstünlük əldə edə biləcəyi inkişafda olan bazarları diqqətlə izləyir. "Report" xəbər verir ki, bunu "SOCAR Trading SA" şirkətinin icraçı direktoru Arzu Əzimov "European Business" jurnalına müsahibəsində bildirib: "Çin, Hindistan, Afrika sadəcə bir neçə nümunədir".
"Məsələn, daimi olaraq Afrikada işlər görür, ixracla bağlı bütün tenderlərdə iştirak edirik. Biz hər zaman satmaq və almaq üçün bütün imkanları araşdırırıq", - deyə A.Əzimov qeyd edib.
Şirkət rəsmisi bildirib ki, 2016-cı ildə inkişaf üçün hədəflər müəyyənləşdirilir, real satış bazarları axtarılır və potensial alıcı və tərəfdaşlarla görüşlər keçirilir: "Bazarda iştirakımızı saxlayacağıq, lakin yalnız ticarət şirkəti olmayacağıq. Əlbəttə, istehsal fəaliyyətimizi davam etdirəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru