Azərbaycanda maşın polis əməkdaşını vuraraq öldürdü 23-11-2020, 00:01 Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Teref.az APA-nın şimal bürosuna istinadən bildirir ki, Xudat Polis Bölməsinin əməkdaşı Şahin Qocayevi qoşqulu yük maşını vuraraq öldürüb.Faktla bağlı araşdırmalar davam etdirilir. Facebook-da paylaş