“Əl-Qaidə” Şimali Afrikada özünə yeni başçı seçdi 23-11-2020, 04:54 “Əl-Qaidə” terror qruplaşması Şimali Afrikadakı lideri Əbdülmalik Drukdalın məhv edildiyini təsdiqləyib.Bu barədə “Reuters” məlumat yayıb.Qruplaşma artıq bölgədəki terrorçulara yeni lider də təyin edib.“Əl-Qaidə”nin Şimali Afrikadakı yeni başçısı Mücahid Yezid Mübarək olub. Əlcəzairli terrorçu “Əbu Ubeydə Yusuf əl-Anabi” kimi məşhurdur. oxu.az Facebook-da paylaş