Naxçıvanda 86 yaşlı qadın qətlə yetirilib

29-01-2016, 12:36           
Naxçıvanda 86 yaşlı qadın qətlə yetirilib
Naxçıvanda qətl törədilib.


Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə Kəngərli rayonunun Şahtaxtı kəndində qeydə alınıb. Kənd sakini, 1930-cu il təvəllüdlü Xavər Məmməd qızı Səfərovanın küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib.

Qətlin tamah məqsədi ilə törədildiyi ehtimal olunur.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru