“Avis” direktorunun həbsi təsdiqləndi - Təfərrüat

29-01-2016, 14:10           
“Avis” direktorunun həbsi təsdiqləndi - Təfərrüat
“Avis” Tibbi Marketlərinin direktoru həbs olunub.

Axar.az xəbər verir ki, əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi keçirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Kriminal.az”a apteklər şəbəkəsinin rəhbəri Elmir Məhərovun həbsini təsdiqləyib.

Qurum rəsmisinin sözlərinə görə, saxlanılanlar var. Əməliyyatın keçirilməsi apteklər şəbəkəsində süni qiymət artımı ilə bağlı olub. Hazırda firmanın bəzi aptekləri açıqdır, bəziləri isə bağlanıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

“Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvarından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 ildə isə şirkət Bakıda 10 aptek yaradıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru