"Nemtsovun qətli 15 milyona sifariş edilib"

7-04-2015, 13:18           
"Nemtsovun qətli 15 milyona sifariş edilib"
Rusiyalı siyasətçi Boris Nemtsovun qatillərinə 15 milyon rubla yaxın pul vəd edilib. Qatillər vəd olunan pulun bir hissəsini alıblar.

Bu barədə jurnalistlərə Nemtsov ailəsinin vəkili Vadim Proxorov məlumat verib.

AZƏRTAC vesti.ru saytına istinadla xəbər verir ki, hadisənin təfərrüatlarını açıqlamayan V.Proxorov qatillərin pulun bir hissəsini aldıqları faktının artıq müəyyən edildiyini bildirib. Vəkilin sözlərinə görə, Nemtsovun qətli ilə bağlı cinayət işinə “Dövlət və ya ictimai xadimin həyatına qəsd” maddəsi də əlavə edilə bilər. Belə ki, Nemtsovun qətlinə səbəb onun siyasi-ictimai fəaliyyəti olub.

Qeyd edək ki, Rusiya baş nazirinin keçmiş müavini, Nijeqorod vilayətinin keçmiş qubernatoru, Yaroslavl vilayət dumasının deputatı Boris Nemtsov fevralın 28-nə keçən gecə Moskvanın mərkəzində, Böyük Moskvoretsk körpüsü üzərində qətlə yetirilmişdi. Hadisə ilə bağlı 5 nəfər həbs olunub. Onların hamısına qanunsuz silah əldə etmə və saxlama, həmçinin “qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən muzdla həyata keçirilmiş qətl” maddəsi ilə ittiham irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.