Koronavirus peyvəndi vurulmuş kişi təcili yardım çağırdı

29-12-2020, 10:09           
Koronavirus peyvəndi vurulmuş kişi təcili yardım çağırdı
28 dekabr axşamı kəskin allergik reaksiyalı 48 yaşlı bir kişi Qüdsdəki təcili yardım məntəqəsinə müraciət edib.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, "Kan" media korporasiyasının xəbər xidmətinin verdiyi məlumata görə, kişi koronavirusa qarşı peyvənd olunduqdan təxminən bir saat sonra tibbi yardım tələb edib.

Pasientin sözlərinə görə, keçmişdə bədəni pensilin inyeksiyasına qarşı da bənzər bir reaksiya göstərib.

Kişiyə ilkin tibbi yardım göstərilib, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edilir ki, İsraildə artıq 500 mindən çox vətəndaş koronavirus əleyhinə aşılanıb. Mediada peyvəndə qarşı allergik reaksiya barədə ilk dəfə xəbər verilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.