Gəncədə əməliyyat: Həbs olunanlar var

17-01-2021, 11:23           
Gəncədə əməliyyat:
Gəncə şəhərində soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin Gəncə Xətt Polis şöbəsinə yanvarın 12-də Gəncə dəmir yolu stansiyasının ərazisində 2 nəfərin Gədəbəy rayon sakini Y.Məmmədova zor tətbiq edib mobil telefonunu alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Cabbarov, Goranboy rayon sakinləri V.Həşimov və K.Qafarov müəyyən edilərək saxlanılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru