İt çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas etdi - VİDEO

28-01-2021, 10:18           
İt çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas etdi - VİDEO
Avstraliyada it çayda boğulma təhlükəsi ilə üzləşən uşağın həyatını son anda xilas edib.

“Daily Mail”in məlumatına görə, hadisə Onkaparinga şəhərində baş verib.

Bildirilir ki, yerli sakinlərdən Rob Osborn iti ilə sahildə gəzərkən çayın ortasında boğulan bir uşaq görüb.

“Axın oğlanı dərinliyə, böyük daşlara doğru aparırdı. Onu ölümdən saniyələr ayırırdı”, - deyə Osborn olanları xatırlayıb.

O, suya atılmağa imkan tapmamış iti Maksın artıq oğlana tərəf üzdüyünü görüb.

Osborn uşağa köpəyi adı ilə çağırmağı və heyvanın əynində olan xilasetmə gödəkçəsindən tutmağı tapşırır. Uşaq onun dediyi kimi edir və it onu quruya çıxardır.

“Maks mütləq bir qəhrəmandır, sadəcə bu barədə bilmir”, - deyə itin sahibi qürurla bildirib.milletinsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru