Azərbaycana daha bir hərbi əsir qaytarıldı

29-01-2021, 04:05           
Azərbaycana daha bir hərbi əsir qaytarıldı
Rusiyalı sülhməramlıların nəzarəti altında Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş verib.

AzToday.az xəbər verir ki, bu barədə Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradov məlumat verib.

“Mənim şəxsi nəzarətim altında Rusiya sülhməramlılarının apardıqları iş nəticəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi əsirlikdə olan bir nəfəri Bakıya, beş hərbi əsiri isə Yerevana aparıb”, – deyə Muradov bildirib. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru