Azərbaycan Ordusunun Kəlbəcərdə xidmət edən iki hərbçisi şəhid olub.
Hərbçilərin həlak olmasına səbəb qarlı hava nəticəsində hərbi avtomobilin qəzaya uğraması olub.
Şəhidlərdən biri Qazax rayonun Ağköynək kəndindən olan, müddətdən artıq hərbi qulluqçu Elxan Əkbər oğlu Qaragözovdur. Qazax Rayon İcra Hakimiyyətinin Ağköynək icra nümayəndəliyi Modern.az-a Elxan Qaragözovun şəhid olması xəbərini təsdiq edib.
Şəhid olan digər hərbçimiz isə Ağstafa rayon sakini Ramiz Mustafayevdir. Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər. Qurumdan bildirilib ki, Ramiz Mustafayev bu gün Ağstafa Şəhidlər Xiyabanında torpağa tapşırılıb.