Dəmir qutulara pul yığan şirkət rəhbəri edam edildi: həm də arvadbaz imiş

29-01-2021, 19:46           
Dəmir qutulara pul yığan şirkət rəhbəri edam edildi: həm də arvadbaz imiş
Çində aktivlərin idarə olunması üzrə Huarong Asset Management dövlət şirkətinin keçmiş rəhbəri So Lay Syaomin edam edilib.

Xarici medianın verdiyi xəbərə görə, o, korrupsiya, israfçılıq və çoxarvadlılıqda günahkar bilinirdi.

Hökm yanvarın 29-da səhər icra olunub. Edamdan əvvəl kişiyə yaxın qohumları ilə görüşmək üçün imkan verilib.

Syaominlə bağlı edam hökmü yanvarın 5-də çıxarılıb.

Məhkəmə 25 milyon yuandan (3,9 milyon dollar) çox pul xərclədiyini və 1,79 milyard yuan (təxminən 280 milyon dollar) rüşvət aldığını təsbit edib.

Bundan əlavə, dövlət şirkətinin keçmiş rəhbərinin evli olmasına baxmayaraq digər qadınlarla birlikdə yaşadığı ortaya çıxıb.

Bundan əvvəl Syaominin mənzilində aparılan axtarış zamanı rüşvətdən əldə olunan pulların yığıldığı metal qutular tapıldığı bildirilmişdi. Ümumilikdə, qutular 200 milyon yuan (29 milyon dollar) ilə doldurulubmuş.lent.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru