Ermənistanda yollar bağlandı

1-02-2021, 10:10           
Ermənistanda yollar bağlandı
Bu gündən Ermənistanda ölkədaxili yollarda hərəkət məhdudiyyətləri tətbiq edilməyə başlayıb.

Publika.az Ermənistan KİV-nə istinadla bildirir ki, buna səbəb ölkənin əsas magistral yollarının buz bağlamasıdır.

Paytaxt İrəvanla əyalətləri, eləcə də İran və Gürcüstan istiqamətini birləşdirən sərt döngəli dağ yollarında ağır tonnajlı yük maşınlarının hərəkəti tamamilə, kiçik tutumlu yük maşınları və minik avtomobilləri üçün isə qismən qapadılıb. Ölkənin aidiyyəti qurumları mövcud vəziyyətin nə zamana qədər davam edəcəyi ilə bağlı detallı məlumat verməyib.

Qeyd edək ki, Rusiyadan Ermənistana gedən 400-ə yaxın TIR da yolların buz bağlaması səbəbindən iki həftədən çoxdur Gürcüstan sərhəddində gözləməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru