Polis 9 yaşlı qızı tutmaq üçün bibər qazından istifadə dib
2-02-2021, 10:06
New-Yorkun Romestr şəhərində polis 9 yaşlı qıza qarşı bibər qazından istifadə edərək qandallayıb. Hadisə qızın müqavimət göstərərək polis avtomobilinə minmək istəmədiyinə görə yaşanıb.
SİA bu barədə CNN telekanalının yaydığı xəbərə istinadən məlumat verir.
Verilən məlumata görə, polislər qızın anasının çağırışı ilə gəliblər. Ananın sözlərinə görə, uşaq onu öldürmək və intihar etməklə hədələyib. Polisin bütün cəhd və təhdidlərinə baxmayaraq, polis avtomobilinə minmək istəməyən qız atasını görməyənə qədər heç yerə getməyəcəyini bildirib. Hazırda uşaq göz yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Yeri gəlmişkən, baş verən hadisəyə münasibət bildirən Romestr şəhərinin bələdiyyə başçısı Lavli Uorren şəhər polisindən bu kimi vəziyyətlərdə şəfqət nümayiş etdirməyi və ehtiyatlı olmağı tövsiyə edib.