Səlim Müslümovun atası danışdı

3-02-2021, 16:08           
Səlim Müslümovun atası danışdı
Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S. Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb. Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.
O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru