Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq

4-02-2021, 21:46           
Xankəndidə Azərbaycan bayrağı qaldırılacaq
Xankəndidə Azərbaycan bayrağının dalğalanacağı xəbəri ermənilər arasında müzakirə mövzusuna çevriləndən sonra separatçı-terrorçu Vitali Balasanyan bunu təkzib etdi.

Balasanyan iddialı danışır və Xankəndidə Azərbaycan bayrağının dalğalanmayacağını deyir. Əlavə edir ki, “Qarabağın sərhədlərini” qorumaq üçün yeni qüvvələr cəlb olunur.

Balasanyanın bu açıqlamasının erməniləri sakitləşdirməyə hesablandığı məlumdur. O da məlumdur ki, Vitalinin müharibədən sonra “vəzifəyə” qayıtmasının altında başqa mətləblər də yatır.

Lakin burada diqqət çəkən məqam Ermənistan mediasının Balasanyanı təkzib etməsidir.

“Ermənistanın səsi” saytı yazır ki, Balasanyan “Qarabağ ordusu”nun ləğv ediləcəyini təkzib etmir, ümumiyyətlə bu haqda danışmır, sadəcə ümumi müdafiədən bəhs edir.

“Halbuki, “Qarabağ ordusu”nun ləğv ediləcəyi haqqında şifahi razlaşmanın olduğu deyilir. Bu razılaşmaya görə, erməni silahlıları çıxarılır, sonrakı dövrdə idarəçilik Azərbaycana keçir. Balasanyan bildirir ki, bu olmayacaq, amma Xankəndidə əsas müzakirələr və informasiya məhz bu istiqamətdədir”, – sayt yazır.

Erməni teleqram kanalları da Xankəndidə tezliklə Azərbaycan bayrağının dalğalanacağını yazırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru