Biləsuvar sakini dayısını öldürdü

2-04-2021, 15:48           
Biləsuvar sakini dayısını öldürdü
Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Teref.az Report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən yaşayış massivində qeydə alınıb.

Belə ki, rayon sakini Qubadov Röyal Şahin oğlu dayısı Həsənli İlqar Haqverən oğlunu bıçaqlayıb.

İ.Həsənli Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.