Bakının bəzi avtomagistrallarında sürət həddi endirildi
3-04-2021, 08:26
Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.