Cəbrayılda daha bir erməni hərbçinin meyiti tapıldı 20-04-2021, 00:29 Erməni axtarış qrupları Cəbrayıl rayonu ərazisində bu gün daha 1 erməni hərbçisinin meyitini tapıblar.Yenisabah.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1544 olub.Qeyd edək ki, axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır. Facebook-da paylaş