Hesablama Palatası maliyyə nöqsanları aşkarlanan dövlət qurumlarının siyahısını açıqladı

7-04-2015, 21:40           
Hesablama Palatası maliyyə nöqsanları aşkarlanan dövlət qurumlarının siyahısını açıqladı
Azərbaycan Hesablama Palatası apardığı yoxlamalar nəticəsində maliyyə nöqsanları aşkarlanan və bununla bağlı tədbirlər görülən dövlət qurumlarının adlarını açıqlayıb.

APA-nın məlumatına görə, Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə nazirliklərində, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində müvafiq audit yoxlamaları apararaq, maliyyə nöqsanları aşkarlayıb.
Hər bir audit yoxlamanın nəticələri Milli Məclisə təqdim olunub.
Bununla bağlı qeyd olunan qurumlar üzrə müvafiq tədbirlər görülüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru