Cəbrayılda daha bir erməni hərbçisinin qalıqları tapıldı
11-09-2021, 20:52
44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Redaktor.az xəbər verir ki,hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1663-yə çatıb.