Rusiyada qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı
13-09-2021, 10:02
Rusiyanın İrkutsk vilayətində sərt eniş etmiş sərnişin təyyarəsinin qara qutularından biri tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, L-410 sərnişin təyyarəsi sentyabrın 12-si Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. Hadisə nəticəsində 4 nəfər ölüb. Onlardan ikisi pilot, ikisi isə sərnişindir.