Azərbaycanda 16 yaşlı qız intihar edib. Oxu.Az xəbər verir ki, hadisə Ağcabədi rayonunun Pərioğlular kəndində qeydə alınıb. Belə ki, orada yaşayan 2005-ci il təvəllüdlü M.Cəfərova yaşadığı evin həyətində intihar edib. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.