Bakıda silahlı quldurlar ələ keçib - fotolar

8-04-2015, 10:02           
Bakıda silahlı quldurlar ələ keçib - fotolar
Nizami polisi rayon ərazisində quldurluqla məşğul olan şəxsləri saxlayıb.

teref.aznun APA TV-yə istinadən verdiyi məlumata görə, paytaxt sakini Taleh Ağayevə qarşı quldurluq hadisəsi rayonun Çobanzadə 35 ünvanında qeydə alınıb. Belə ki, Ramazanov Sarvan və Şəfiyev Şahin əlbir olaraq yolda piyada gedən Taleh Ağayevin qarşısını kəsiblər. Daha sonra Taleh Ağayevi döyərək boğazına bıçaq dirəyib iki mobil telefonunu əlindən alaraq qaçıblar.

Taleh Ağayev quldurluqla bağlı polisə müraciət edib.

Nizami polisinin apardığı əməliyyat-axtarış tədbirləri zamanı hər iki şəxs saxlanılaraq polis idarəsinə gətirilib. İlkin ifadələri zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.