Alimlər güclü istilərinin başlaması barədə xəbərdarlıq ediblər

16-12-2021, 12:56           
Alimlər güclü istilərinin başlaması barədə xəbərdarlıq ediblər
Amerika Dyuk Universitetinin alimləri qlobal istiləşmənin əmək bazarına əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər. Mütəxəssislər "dəhşətli istilərinin" başlaması ilə əlaqədar insanların küçədə uzunmüddətli işdən uzaq duracağını proqnozlaşdırıblar.

Trend-in məlumatına görə, alimlər belə qənaətət gəliblər ki, əgər Yer kürəsində temperatur iki dərəcədən çox artarsa, o zaman əmək məhsuldarlığının azalmasından iqtisadi itkilər ildə 1,6 trilyon dollara çatacaq.

İqlim istiləşməsi ən çox tropik və subtropik bölgələrdəki - Asiya, Yaxın Şərq, Afrika və Sakit Okeanın qərbindəki işçilərə təsir göstərəcək. Bundan əlavə, bir çox ölkələrdə yayda işçilərə zərər vermədən kritik vacib kənd təsərrüfatı və tikinti işlərini həyata keçirmək demək olar ki, mümkün olmayacaq. Vətəndaşların əksəriyyətinin açıq havada işlədiyi Hindistan, Çin, Pakistan və İndoneziya iqlim dəyişikliyindən böyük iqtisadi itkilərlə üzləşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru