Balıq əvəzinə “Apple” məhsulları ilə dolu qutuları “ovladılar” - FOTO

17-12-2021, 10:33           
Balıq əvəzinə “Apple” məhsulları ilə dolu qutuları “ovladılar” - FOTO
İndoneziyadan olan balıqçılar içərisində “Apple” şirkətinin məhsulları olan bir neçə qutu “ovlayıblar”.

KİV-in məlumatına görə, qayığa minərək İndoneziyanın Belitunq adasından üzən bir neçə balıqçının bəxti gətirib.

Kişilər daha böyük ova ümid ediblər, ona görə də ərazidə ən böyük dərinliyin olduğu yerə doğru gediblər. Lakin yolun yarısında dalğalar arasında bir neçə yeşik görüblər.

Balıqçılar yaxınlaşaraq, qutuları göyərtəyə qaldırıblar. Onları açanda isə gözlərinə inanmayıblar: qutunun içərisində “Apple” istehsalı olan smartfonlar, planşetlər və noutbuklar kolleksiyası olub.

Bütün bu avadanlığı kimin itirdiyi barədə məlumat verilmir, lakin balıqçılar belə bir ovdan məmnun qalıblar - onlar yəqin ki, qadcetləri balıqdan baha qiymətə sata biləcəklər.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru